“Bir nəfər üçün bu qiymət elə də çox deyil”

1 Aprel 2024 23:40 Sumqayıt 761
“Bir nəfər üçün bu qiymət elə də çox deyil”

“Bir nəfər üçün bu qiymət elə də çox deyil”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev deyib.

Klub rəsmisi biletlərin satış qiymətləri barədə danışıb:

"Bəli, biletlərin qiymətinin 2 manatdan başlaması ilə bağlı narazılıqları eşidirik. Qiymət təyin edərkən bilet satışı edən digər Premyer Liqa klublarımızın təcrübəsindən istifadə etmişik.

Məsələn, "Neftçi" və "Qarabağ"ın ev oyunlarına da ən ucuz bilet 2 manatdan başlayır. Hə, sizinlə razıyam ki, bir şəxs ailə üzvləri ilə gələndə xərclər çoxalmış olur.

Bu gün üçün qiymətlərdə dəyişiklik etmək barədə düşünmürük. Amma gələcəkdə bunu da yoxlaya bilərik".

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi