"Sumqayıt"ın “İstedad"ları – Maraqlı və yenilənən layihə: FOTOLAR

15 Mart 2023 20:20 Sumqayıt 1 237
"Sumqayıt"ın “İstedad"ları – Maraqlı və yenilənən layihə: FOTOLAR

“Sumqayıt” Futbol Akademiyasında “İstedad Proqramı” layihəsi 2023-cü ildə növbəti qrupla aidiyyatı üzrə davam edir.

Sportinfo.az xəbər verir ki, bu, akademiyada futbolun sirlərini öyrənən, gələcək vəd edən perspektivli futbolçularla fərdi sistem üzərindən inkişaf proqramıdır.

“İstedad Proqramı”nın bu mərhələsində U-12-dən U-15-dək olan komandalarda fərqlənən 12 futbolçu iştirak edir.

“İstedad Proqramı”nın ilkin mərhələsində ötən il U-15, U-16, U-17 və U-19 komandalarının aparıcı üzvləri iştirak edirdi.

Həftədə bir dəfə həftənin bazar ertəsi günləri keçirilən layihə 4 modul üzrə mövsümün sonuna qədər davam edəcəkdir.

Layihəni keçirməkdə əsas məqsəd daha perspektivli akademiya üzvlərinin futbola yanaşması, gündəlik həyatları, təhsilləri və digər məsələləri diqqətdə saxlamaqdır.

Bundan başqa, “İstedad Proqramı” layihəsindəki futbolçular həftədə bir dəfə olmaqla, ingilis dili dərslərində iştirak edir.

Layihə çərçivəsində onlara fərdi məşqlərlə yanaşı, fiziki göstəricilərin artırılması yönündə xüsusi çalışmalar, öz oyunlarının video analizləri, texniki məşqlər və şahmat oyunları da keçirilir.

12 nəfərlik “İstedad Proqramı”nda mövsüm ərzində dəyişikliklər nəzərdə tutulur. Belə ki, məşqlərdə özlərini yaxşı tərəfdən göstərən digər futbolçular da mütəmadi olaraq bu layihəyə cəlb oluna biləcək.

Digər Xəbərlər
Xəbər Lenti