Azərbaycanda yeni tikilən "futbol məbədi" göz oxşayır: Neçəyə başa gəlib? - FOTOLAR

26 Noyabr 2022 11:40 Sumqayıt 1 141
Azərbaycanda yeni tikilən "futbol məbədi" göz oxşayır: Neçəyə başa gəlib? - FOTOLAR

Bir neçə ildir təmirə bağlanan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun açılışı olacaq.

Hazırda arenada son tamamlama işləri görülür.

Yerli İcra Hakimiyyətinin nəzarəti ilə həyata keçirilən yenidənqurma 6,5-7 milyon manata başa gəlib. Bunun 5 milyon manatı sırf dövlət büdcəsindən ayrılıb.

«Sumqayıt» ev oyunlarını ona doğma olan arenada keçirəcək. Klub və yerli rəsmi dairələr arasında bununla bağlı razılıq əldə olunub.

«Kimyaçılar» stadionun saxlanılmasına da öz köməkliyini göstərəcək. Hər ay futbol qurğusunun hesabına ödəmə ediləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti