Azərbaycan klublarını tanıyan məşqçi iş başına keçmək üçün bu şərtləri irəli sürdü

24 Sentyabr 2022 16:40 Sumqayıt 3 180
Azərbaycan klublarını tanıyan məşqçi iş başına keçmək üçün bu şərtləri irəli sürdü

"Sumqayıt" "Keşlə"nin (hazırkı "Şamaxı") sabiq baş məşqçisi Yuri Maksimovla danışıqlar aparır.

Bu barədə "report"a ukraynalı mütəxəssisin özü açıqlama verib.

O bildirib ki, "gənclik şəhəri" təmsilçisi ilə müzakirələr davam edir:

"Vəziyyətin necə inkişaf edəcəyini deyə bilmərəm. Danışıqlar davam edir. Qarşıdakı günlərdə məsələyə aydınlıq gələcək".

54 yaşlı baş məşqçi yenidən Azərbaycanda işləmək istədiyini gizlətməyib:

"Premyer Liqanın səviyyəsi xoşuma gəlir. Razılıq əldə olunsa, ora qayıtmaq istəyərəm. Amma dediyim kimi, hələ heç nə bəlli deyil".

Yuri Maksimov 2017/2018 mövsümünün ikinci yarısında "Keşlə"nin baş məşqçisi olub. O, komandaya Azərbaycan Kubokunu qazandırıb.

Redaksiyamıza daxil olan məlumata gör, Aleksey Baqa ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verən “Sumqayıt” rəhbərliyi Maksimovla birbaşa danışıqlar aparmayıb.

Onunla yalnız menecerlər bu barədə söhbət edib. Son 3 ildə ölkəsində “Vorskla”nı çalışdırmış mütəxəssis Azərbaycana qayıtmaq variantına etinasız yanaşmayıb.

Sadəcə, müəyyən şərtlər irəli sürüb ki, “kimyaçılar”ın ona müsbət cavab verib-verməyəcəyi maraq doğurur. Məsələn, ukraynalı minimum 1,5 illik müqavilə istəyir.

Cari mövsüm nəticə qazanacağına söz verməyən Maksimov bu komandada köklü islahat aparacağı, qış fasiləsindən başlayaraq legionerlərin bir çoxunu düşərgədən göndərəcəyi haqda xəbərdarlıq eləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı