
“Sumqayıt” 2022-ci ilə yeni baş məşqçi ilə start verdi.
Ayxan Abbasovu əvəzləyən Aleksey Baqanın insani keyfiyyətləri və iş metodu çoxlarına maraqlıdır.
Sportinfo.az-ın əməkdaşı komandanın müdafiəçisi Höccət Haqverdi ilə lə söhbətində belaruslu mütəxəssis haqda təəssüratlarını öyrənib:
“Aleksey Baqa kifayət qədər təcrübəli və uğurlu məşqçidir. Qarşıdakı müddətdə onun komandanın nəticələrini yaxşılaşdıracağına inanıram.
Məşqçinin də bizdən gözləntiləri böyükdür. Bizə onun tələblərini yaxşı yerinə yetirmək üçün bir az vaxt lazımdır.
Əminəm ki, yeni baş məşqçinin rəhbərliyi altında uğurlar əldə edəcəyik”.