
“Komandada olanlar məni sevməsəydi, 10 oyunluq qələbəsizlik zamanı çətin durumdan çıxmazdıq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın sabiq baş məşqçisi Vaqif Cavadov deyib.
Ötən ilik oktyabrında Samir Abasovu əvəzləyən çalışdırıcı bu ilin mayında (22-də) istefaya göndərilib.
Cavadov bütün turnirlər daxil olmaqla “Sumqayıt”ı 28 oyuna çıxarıb (25 Premyer Liqa, 3 Azərbaycan Kuboku). Bu matçlarda komanda 7 qələbə qazanıb, 6 heç-heçə edib və 15 dəfə məğlub olub.
O, kollektiv daxilində neqativ münasibətlə üzləşməsi haqda söylənilənləri təsdiq etməyib:
“Mətbuatda futbolçularla mənim aramda müəyyən gərginliyin olması yazılırdı. Halbuki belə bir şey yox idi.
Çünki gərginliyin olması üçün əsas yox idi. Nə çempionatı tərk edirdik, nə də avrokuboklara vəsiqə uğrunda mübarizə aparırdıq.
Sakit rejimdə hamı başını aşağı salıb işini görürdü”.