Klubda yeni vitse-prezident işə başladı - BUGÜNDƏN

10 Sentyabr 2021 15:00 Sumqayıt 727
Klubda yeni vitse-prezident işə başladı - BUGÜNDƏN

Bu gün “Sumqayıt”da yeni vitse-prezident təyinatı rəsmiləşib.

Sportinfo.az-ın məlumatına görə, Aydın Xəlilov klubda vəzifəsinin icrasına başlayıb.

O, klubun baş sponsoru “Azərikimya” ASC tərəfindən bura göndərilib. Xəlilovun səlahiyyət dairəsinə təşkilatı, inzibatı və digər məsələlər daxildir.

Xəlilov 10 avqust 1973-cü ildə anadan olub. Sumqayıt Dövlət Universitetinin məzunu olan Xəlilov həm də “Azərikimya” İB-nin Həmkarlar İttifaqının sədridir. Ailəlidir, 2 övladı var.

“Kimyaçılar”ın əvvəlki vitse-prezidenti Vaqif Ömərov olub. O, uzun sürən xəstəlikdən sonra bu il fevralın 23-də 69 yaşında vəfat edib.

Digər Xəbərlər
Xəbər Lenti