
"Sumqayıt" Azərbaycan Premyer Liqasında XV turun "Səbail"lə oyununa ciddi itkilərlə çıxacaq.
Sportinfo.az xəbər verir ki, Vurğun Hüseynov və Cabir Əmirli zədə, digər müdafiəçi Cəmaləddin Xocaniyazov isə cəza səbəbindən bugünkü matçda iştirak etməyəcək.
"Dənizçilər"in heyətində isə itki yoxdur.
"Sumqayıt" - "Səbail" görüşü saat 16:00-da başlayacaq.