Millimizdən imtina edən: "Özümü onun yerinə qoya bilmərəm"

13 Yanvar 2021 12:40 Sumqayıt 787
Millimizdən imtina edən: "Özümü onun yerinə qoya bilmərəm"

Sportinfo.az xəbər verir ki, AFFA-nın Azərbaycan millisində oynamqla bağlı təklifini iki dəfə geri çevirən Peyman Babayi həmyerlisi Əli Qurbaninin seçimi ilə bağlı fikrini açıqlayıb.

2019-cu ilin yanvarından 2020-ci ilin mayınadək "Sumqayıt"da icarə əsasında çıxış etmiş hücumçu 31 yaşlı iranlı forvardın Azərbaycan vətəndaşlığı almasına münasibət bildirub

Ötən mövsüm 7 qolla Azərbaycan Premyer Liqasının bombardirlərindən biri olmuş Peyman hazırda "Sumqayıt"ın uğurları üçün tərk tökən Qurbaniyə yığmamızda uğurlar arzulayıb:

"Əlbəttə, özümü Qurbaninin yerinə qoya, onun qərarını şərh edə bilmərəm. Futbolçuya, sadəcə, uğurlar arzu edə bilərəm".

Digər Xəbərlər
Xəbər Lenti