İlkin Fikrətoğlu: Yarımpeşəkar da ola bilməyənlərin liqası - VİDEOSÜJET

20 May 13:00 Sportinfo TV 602
İlkin Fikrətoğlu: Yarımpeşəkar da ola bilməyənlərin liqası - VİDEOSÜJET

Peşəkar Futbol Liqasının təşkil etdiyi çempionatlar arasında ilk yekunlaşan II Liqa oldu.

Səkkiz aylıq marafonun sonunda "Xankəndi" ən yaxın izləyicisi "Qaradağ Lökbatan"ı 5 xal qabaqlayaraq, çempion oldu və I Liqaya birbaşa vəsiqə qazandı.

Gümüş medallara sahiblənən Lökbatan klubu isə I Liqada 9-cu yeri tutacaq "Difai" və ya "Şimal" (bu son turda dəqiqləşəcək) komandalarından biri ilə plye-off duelində qarşılşacaq.

Bir oyundan ibarət pley-offda qalib tərəf yeni mövsümdə I Liqada çıxış edəcək.

II Liqada ikinci sezonunu keçirən "Araz Saatlı" bu dəfə çempionatı tərk etdi. Onları yeni mövsümdə Region Liqasının yeni qalibi - "Zəngəzur" əvəzləyəcək.

II Liqada 10 və 11-ci yerləri tutan "Göygöl" ilə "Ağstafa Gəncləri" isə liqada yerini qorumaq üçün Region Liqasının təmsilçiləri - "Marafon" (Sabirabad) və "Biləsuvar" ilə pley-off oyunları keçirəcək.

“Sportinfo TV”nin baş redaktoru İlkin Fikrətoğlu bütün bunlar və digər məqamlar haqqında növbəti videosüjetində danışıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyun 18:10 Çək və bizə göndər!