Azərbaycanda örnək davranış - Hər kəs bu VİDEOdan danışacaq!

21:00 Sportinfo TV 110
Azərbaycanda örnək davranış - Hər kəs bu VİDEOdan danışacaq!

Yaponiyalı azarkeş oyundan sonra olduqları tribunanın zibillərini təmizləyir.

Foto 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatında çəkilmişdi.

Və bir anda dünya mediasında təqdir edilmişdir.

Həqiqətən, gözəl mənzərədir.

Amma sevindirici hal odur ki, bunu təkcə yaponlar yox, elə bizimkilər də edir.

Söhbət "Şahdağ Qusar"ın fanatlarından gedir.

Birinci Liqanın 26-cı turunun "Səbail"lə qolsuz bərabərlik bitən matçından sonra qusarlı azarkeşlər olduqları tribunanın zibillərini təmizlədikdən sonra arenanın tərk ediblər.

Bölgə klubunun fanatları ev-səfər oyunu demədən hər zaman komandalarına dəstək olması ilə seçilib.

Onlar bu dəfə həm də nə qədər intizamlı, səliqəli olmaları ilə digər klubların fanatlarına örnək olublar.

Aşağıdakı linkə daxil olaraq başverənləri izləyə bilərsiniz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti