Peşəkar Futbol Liqasının (PFL) sabiq prezidenti Ramin Musayev “Sportinfo TV”nin qonağı olub.
14 il ərzində ölkə çempionatının təşkilatçısı olmuş quruma rəhbərlik etmiş müsahib bir çox şok açıqlamalar verib.
O, hakimlərin qeyri-rəsmi olaraq PFL-ə tabeçiliyindən danışıb, həmin dövrdə görülən işlərdən danışıb, Xaqani Məmmədovun Hakimlər Komitəsinin sədri kimi uğurlu fəaliyyət göstərdiyini bildirib.
Son vaxtlar «fit sahibləri»nə yönəlik ittiham və tənqidlərdən söz açan Musayev bildirib ki, «Turan Tovuz» bundan ən çox əziyyət çəkən klubların başında gəlir.
PFL-in eks başçısı «Neftçi»nin vitse-prezidenti olduğu illəri də yada salıb, komandanın AFFA-nın ovaxtkı rəhbərliyi tərəfindən sıxışdırıldığını söyləyib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

