Qobu stadionunda yenidənqurma işlərinin dayanmasından 8 ay ötür.
İdman qurğusundan yeni görüntülər əldə etmişik.
Təqdim edəcəyimiz videoda stadionun təmirə qədərki və təmirə bağlanandan sonrakı vəziyyəti əks olunub.
Yerli "Qobu" komandası ev oyunlarını burada keçirib. Qəsəbənin çempionat matçları buradakı torpaq meydanda baş tutub. Həm də çox sayda azarkeş qarşısında.
Daha yaxşısını inşa etmək adı ilə meydançaya çınqılla döşənib.
Amma süni örtüyün salınması 8 aydı gecikir.
İndiki halda isə orada futbol oynamaq mümkün deyil.
Komanda və azarkeşlər daha yaxşısı bir kənara, əlində olanından da məhrum olub.
Aşağıdakı linkə daxil olaraq videonu izləyə bilərsiniz:

