"Neftçi"də yaşanan fantastik gecə - Bu VİDEOnu QAÇIRMA!

11:40 Sportinfo TV 151
"Neftçi"də yaşanan fantastik gecə - Bu VİDEOnu QAÇIRMA!

Daha bir Azərbaycan derbisi arxada qaldı.

"Sabah" Misli Premyer Liqasında çempionluğunu rəsmiləşdirdi.

Bu, Premyer Liqanın XXI turundan təxirə salınmış oyunda "Neftçi"nin "Qarabağ"ı məğlub etməsi ilə reallaşdı.

"Palms Sports Arena"da keçirilən qarşılaşma "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşdı - 2:1.

Ev sahiblərindən 55-ci dəqiqədə Emil Səfərov, 90+2-ci dəqiqədə Bassala Sambu fərqləndi. 85-ci dəqiqədə komandanın müdafiəçisi Elvin Bədəlov avtoqol müəllifi oldu.

Xallarının sayını 47-yə çatdıran "Neftçi" dördüncü pilləyə yüksəldi.

29 turdan sonra 59 xalla ikinci sırada yer alan "Qarabağ"ın 72 xalla lider olan "Sabah"a çatmayacağı dəqiqləşdi.

Beləliklə, "Sabah" tarixində ilk dəfə Azərbaycan çempionu adını aldı.

Maraqlı məqam - "Neftçi" 5 illik aradan sonra "Qarabağ"ı məğlub edə bildi. Xüsusilə ikinci hissə çox dramatik alındı.

Halbuki cəmi 4 gün əvvəl "ağ qaralar" əzəli rəqibinə 1:5 məğlub olmuşdu.

Yuri Vernidub qısa müddətdə nələri dəyişə bildi?

"Neftçi" nəyin hesabına "Qarabağ" lənətinə son qoydu?

Xanoğlan İmanov "Sportinfo TV"də yayımlanan yeni vodeosunda məhz bu suallara cavab verib, derbidə yaşananlara geniş toxunub.

Aşağıdakı linkə daxil olaraq videonu izləyə bilərsiniz

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti