"Sumqayıt" Premyer Liqada ardıcıl ikinci qələbəsini qazandı.
"Kimyaçılar" səfərdə "İmişli"ni məğlub etdi - 2:0.
Günə öz damğasını komandanın kapitanı Səbuhi Abdullazadə vurdu.
O, nə qol vurdu, nə də məhsuldar ötürmə etdi.
Zəif oyunu fonunda 60-cı dəqiqədə əvəzlənməsinə kəskin etiraz etdi.
Öncə baş məşqçi Saşa İliçə salam vermədi.
Ardınca isə su butulkasına təpik atdı.
Təqdim edəcəyimiz görüntülərə baxaraq, "8 nömrən"nin hərəkətinə şərh verməyi sizə buraxıram:
XANOĞLAN / SPORTİNFO.AZ

