"Sumqayıt" ardıcıl 10-cu oyunda da qələbə qazana bilmədi.
"Kimyaçılar" bu dəfə doğma meydanda "Neftçi"yə məğlub oldu - 1:3.
Final fitindən sonra azarkeşlər əsəbini oyunçulardan çıxıb.
Fanatlar təşəkkür üçün yer aldıqları tribunaya gələn futbolçuların ünvanına "Formanı çıxarıb, rədd olun gedin" şüarını səsləndirib.
Kollektiv çağırışı eşidincə kor-peşman geri dönməli olub.
Həmin anları aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:
XANOĞLAN / SPORTİNFO.AZ

