"Zirə" ölkə kubokunda uğurlu çıxışını davam etdirir.
"Qartallar" yarışın yarımfinal mərhələsinin ilk matçında "Turan Tovuz"u məğlub edib - 2:0.
Qonaq azarkeşlər final fitindən sonra səfər meydanında qələbəni uzun müddət qeyd ediblər.
Təbii ki, tək yox, futbolçular ilə birgə.
Fanatların diqqət çəkən digər addımı - "Rəşad Sadıqov oyunçuları buraya gətirin" deməsi olub.
Adətən bunu kapitandan tələb edirlər.
Düzdü, baş məşqçi tamaşaçılar tərəfə getmədi, amma oyunçular hamısı bir nəfər kimi zirəlilərin istəyini həyata keçirdi.
XANOĞLAN / SPORTİNFO.AZ
Həmin anları aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

