Rəşad Sadıqovdan vacib qələbəyə soyuqqanlı reaksiya - VİDEO

16:20 Sportinfo TV 110
Rəşad Sadıqovdan vacib qələbəyə soyuqqanlı reaksiya - VİDEO

"Zirə" Rəşad Sadıqovun başçılğı altında üçüncü dəfə ölkə kubokunun finalında oynamağa yaxındır.

"Qartallar" yarımfinal mərhələsinin səfərdə keçirlən ilk matçında "Turan Tovuz"u məğlub etməklə (2:0) bu yolda iri addım atıb.

Amma Rəşad Sadıqov final fitindən sonra soyuqqanlı davranıb.

Təcrübəli mütəxəssis qələbəni qeyd etmək yox, heç nə olmayıbmış kimi oyunçulara tapşırıq verməklə diqqət çəkib.

O, Anje Mutsinzi yanına çağıraraq ikinci yarıda meydana çıxan müdafiəçi ilə xüsusi söhbət edib, müəyyən tapşırıqlarını verib.

İllərin təcrübəsi yaxşı başa düşür ki, mövsümün ən həssas dönəmidir.

Heç bir halda ehtiyatı əldən vermək olmaz.

Aşağıdakı linkə daxil olaraq Sadıqovun matçdan sonrakı hərəkətlərini izləyə bilərsiniz:

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti