Ramiz Məmmədovun "Mingəçevir"i asanlıqla təslim olana oxşamır.
Bölgə klubu 20-ci turda qələbə qazanmaqla çempionluq şanslarını saxladısa, pley-off oynamaq imkanlarını bir xeyli artırdı.
Özü də Birinci Liqanın lideri "Şəfa"nı darmadağın (5:2) etməklə.
Bu məğlubiyyət həm də bakılıların mövsümdəki ilk yenilgisi oldu.
Matçdan sonra isə Mingəçevir şəhər stadionunda əsl qələbəlik yaşanıb.
Tribunalara cəm olan 1000 nəfər fanat lider üzərində əldə olunan 3 xalı futbolçularla birgə qeyd ediblər.
Əl çalan kim, oynayan kim...
XANOĞLAN / SPORTİNFO.AZ
Aşağıdakı linkə daxil olaraq başverənləri izləyə bilərsiniz:

