Premyer Liqanın 25-ci turunun sürpriz nəticəsi Yevlaxda baş tutdu.
"Kəpəz" növbəti dəfə "Qarabağ"ı büdrətdi.
Azər Bağırovun yetirmələri bu dəfə minimal hesabla (1:0) 3 xala sevindi.
Oyunun qəhrəmanı yeganə qolun müəllifi Fərid Nəbiyev oldu.
Son çempion üzərində əldə olunan 3 xalla bölgə klubu liqada qalmaq, pley-off oynamamaq məsələsini demək olar həll etdi.
Matçdan sonra gəncəlilərin sevincini görməyə dəyərdi.
Hazırda klubda əsas söz sahiblərindən bir olan Fərman Əlizadə və digər rəsmilər final fitindən sonra uzun müddət vip lojanı tərk etmədilər.
Baş məşqçi Azər Bağırov və futbolçular ayaqüstü alqışladılar.
Aşağıdakı linkə daxil olaraq videonu izləyə bilərsiniz:
XANOĞLAN / SPORTİNFO.AZ

