"Qarabağ"ın ulduzları bölgədə çətin anlar yaşadı - VİDEO

16:05 Sportinfo TV 146
"Qarabağ"ın ulduzları bölgədə çətin anlar yaşadı - VİDEO

"Qarabağ"ın Premyer Liqanın 25-ci turunda "Kəpəz"lə matç üçün Yevlaxa qonaq getməsi şəhərdə əsl futbol əhval-ruhiyyəsi yaratdı.

Tribunalara 6000-dən çox tamaşaçı cəm olmuşdu.

90 dəqiqə "Qarabağ"ın oyunçularını canlı izləyən fanatlar bununla kifayətlənmədilər.

Görüşün final fiti verilər-verilməz çox sayda azarkeş meydana axışdı.

Hər kəsin bir məqsədi vardı - Abdullah Zubir, Kadi Borqes, Marko Yankoviç, Mateus Koxalski kimi ulduzlarla şəkil çəkdirmək.

Ağır məğlubiyyətdən sonra üzgün görünən "Qarabağ"ın oyunçuları onları sevənləri üzməməyə çalışdı.

Əksəriyyət foto çəkdirmək arzusuna çatdı.

Amma kütlənin böyüdüyünü görən klubun mühafizəçiləri oyunçuları çətinliklə azarkeşlərin əlindən alıb, tünelə apara bildilər.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anları aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti