Rəşad Sadıqov Yevlaxda nümunəvi davranışı ilə yadda qalıb.
Premyer Liqanın 25-ci turunda keçirilən "Karvan-Yevlax"la görüşdən sonra fiziki qüsurlu bir azarkeş "Zirə"nin baş məşqçisinə yaxınlaşıb.
O, çalışdırıcı ilə foto çəkdirdikdən sonra klubun formasını istəyib.
Arenadan ayrılmağa tələsən Sadıqov ayaq saxlayıb, inzibatçını yanına çağıraraq həmin şəxsə forma verməsini tapşırıb.
Qısa müddətdə onun istəyi yerinə yetirilib.
Aşağıdakı linkə daxil olaraq həmin anların videosunu izləyə bilərsiniz:
XANOĞLAN / SPORTİNFO.AZ

