Premyer Liqanın 25-ci turunda keçirilən "Kəpəz" - "Qarabağ" görüşünə böyük maraq olub.
Təbii ki, bunun əsas səbəbi Avropada tarix yazan Ağdam klubunun bölgəyə səfər etməsidir.
Yevlax şəhər stadionunda keçirilən qarşılaşmaya baxmaq üçün tribunalarda 6000-ə yaxın tamaşaçı yer alıb.
Bu, adıçəkilən arenada son illərin rekord göstəricisidir.
Giriş qapısında uzun növbə yaranıb.
"Kəpəz"in qələbəsi ilə bitən (1:0) görüşü çox sayda futbolsevər ayaq üstə izləmək məcburiyyətdə qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ
Özəl görüntüləri aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

