"Qarabağ" məğlub oldu, Cəfərquliyevin başına iş gəldi - VİDEO

24 Mart 17:45 Sportinfo TV 11 070
"Qarabağ" məğlub oldu, Cəfərquliyevin başına iş gəldi - VİDEO

Premyer Liqanın 25-ci turunun "Kəpəz" - "Qarabağ" görüşündə (0:1) qonaqların müdafiəçisi Elvin Cəfərquliyevin başına maraqlı hadisə gəlib.

Belə ki, ilk hissənin gedişin oyunçunun formasında qan ləkəsi olduğuna görə baş hakim Əli Əliyev ondan idman geyimini təzələməsini tələb edib.

25 yaşlı futbolçu meydanın kənarında köynəyini dəyişib.

Amma referi şortikin dəyişilməsini də istəyib.

Belədə Cəfərquliyev məcburən paltardəyişmə otağına yollanmalı olub.

Qonaqlar təxminən 1 dəqiqə meydanda azlıqda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anları aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti