“Neftçi” Şeydayevlə bu gün də vidalaşmağa hazırdır - Təklif gözləyirlər

8 Avqust 20:00 Sportinfo TV 858
“Neftçi” Şeydayevlə bu gün də vidalaşmağa hazırdır - Təklif gözləyirlər

Millinin hücumçusu Ramil Şeydayevin «Neftçi»dəki taleyinə yaxın günlərdə aydınlıq gələcək.

Klubdan əldə etdiyimiz məlumata görə, 28 yaşlı forvarda yeni təklif gəlməyib.

Amma bu, gözlənilir. Bakılılar ötən ilin yayından bəri ağ-qara rəngli formanı geyinən forvardla yollarını ayırmağa hazırdır: ya icarə formasında, ya da birdəfəlik.

Paytaxt təmsilçisi yığmanın üzvünün mümkün satışından pul qazanmağı da planlaşdırmır. Təki real təklif göndərən olsun, danışıqlar aparmağa və şərtləri razılaşdırmağa hazırdırlar.

Şeydayev Polşa toplanışında iştirak edib, yoxlama görüşündə qol da vurub. Di gəl, Samir Abasov onu əsas heyətdə görmür.

Baş məşqçi bunu rəhbərliyə təqdim etdiyi raportda da xüsusi vurğulayıb. O, Ramilin taktiki baxışlarına uyğun gəlmədiyi qənaətindədir.

«Zenit»in yetirməsini istəyən olmasa, nə baş verəcək? «Neftçi» üstündən xətt çəkməyəcək, adını iştirak ərizəsinə salacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!