
“Neftçi”nin Duqlas Kosta transferində son durum...
“Qarabağ” transferlərdə niyə səbrli davranır?
“Sumqayıt”da Saşa İliç təyinatının pərdəarxası məqamları...
Oyun “alver”inə görə futboldan ömürlük uzaqlaşdırılan Mirhüseyn Seyidovun məhrumiyyəti bitir?
“Turan Tovuz” üçün önəmli 20 gün...
Daha ətraflı bu axşam saat 21:00-da “Sportinfo TV”də yayımlanacaq “Futbol manşet” verilişində!
Elçin Cəfərov təqdimatında yayımlanacaq verilişin qonağı tanınmış futbol agenti, idman hüquqşünası Elcan Həsənlidir.
Canlı yayım zamanı aktual mövzulardan danışılacaq, azarkeşlərin ünvanladıqları suallar da cavablandırılacaq.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN