
"Elmejor Camp" Sumqayıtda start götürüb.
İspanların nəzarət etdiyi yay məşq düşərgəsinə maraq böyükdür.
"Sumqayıt"ın 30 futbolçusundan başqa kənardan seçimlərə qatılanlar da var.
Təbii ki, gəlmələrin iştirakı ödənişlidir.
2 həftə davam edəcək məşq prosesini UEFA PRO kateqoriyalı ispan məşqçilər idarə edəcək.
Avropalıların məskunlaşması, məşqlərini lazımı səviyyədə keçməsi üçün "Sumqayıt" klubu akademiyanın balansında olan arenaları təqdim edib.
XANOĞLAN / SPORTİNFO.AZ
Keçirilən məşqlərdə yaşanan izdihamı aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz: