Klubun düşərgəsində QALMAQAL: Azarkeşlər baş məşqçi ilə üz-üzə qaldı - - ÖZƏL VİDEO

1 İyul 21:00 Sportinfo TV 941
Klubun düşərgəsində QALMAQAL: Azarkeşlər baş məşqçi ilə üz-üzə qaldı - - ÖZƏL VİDEO

"Kəpəz"in məşqində qalmaqal yaşanıb.

Yeni mövsümə Gəncədə start verən kollektivin hazırlığını fanatlar yaxından izləmək istəyib.

Bu məqsədlə arenanın yolunu tutan gəncəlilər qadağa ilə üz-üzə qalıblar.

Belə ki, baş məşqçi Adil Şükürov hazırlığın qapalı keçirilməsinə qərar verib.

Belədə tərəfdarlar məşq meydançasının ətrafına buraxılmayıb, yalnız məhəccərlərin arxasından məşqi izləmək mümkün olub.

Başverənlərdən narazı qalan qüvvələr Şükürovun ünvanına "Adil, bu gediş o gediş deyil”, “azarkeş çöldə yox, orda olmalıdı” kimi
sərt şuarlar səsləndiriblər.

Aşağıdakı linkə daxil olaraq yaşananları izləyə bilərsiniz:

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti