
"Sabah" ölkə kubokunu qazanmaqla uğursuz keçirdiyi mövsümü son anda xilas edə bildi.
Gözləmək olardı ki, bundan sonra komandada ciddi addımlar atılacaq.
Çünki "tələblər" digər təmsilçilərimizlə müqayisədə avrokuboklarda mübarizəyə erkən başlayacaq. Təəssüf ki, ilk oyuna 1 ay müddət qalmasına baxmayaraq klubda səssizlik davam edir".
Bu fikirləri "İdman TV"də yayımlanan "İdman Səhər" proqramının qonağı olan Sportinfo.az saytının əməkdaşı Xanoğlan İmanov dilə gətirib.
O, Masazır klubundakı susqunluğun səbəbini baş məşqçi Vasili Berezutski ilə bağlı olduğunu sözlərinə əlavə edib.
Aşağıdakı linkə daxil olaraq Xanoğlan İmanovun mövzu ətrafında olan çıxışını izləyə bilərsiniz: