Görəsən, “Qarabağ”ı bu gün nə gözləyir? - “Sportinfo “TV”də CANLI YAYIM

31 May 18:00 Sportinfo TV 244
Görəsən, “Qarabağ”ı bu gün nə gözləyir? - “Sportinfo “TV”də CANLI YAYIM

Bu gün Azərbaycan kubokunda final matçı keçiriləcək. “Qarabağ”la "Sabah" Sumqayıtda üz-üzə gələcək.

Əziz tamaşaçılar, ekrana yaxın əyləşin! Diqqətiniz “Sportinfo TV”də olsun!

Tanınmış jurnalist Elçin Cəfərovla "Səbail”in sabiq baş məşqçisi Cavid Hüseynov saat 18:00-da “Kubok Özəl” verilişi ilə qarşınızda olacaq.

Matçdan öncə komandaların son durumu barədə danışacaq, stadion ətrafında yaşanan ab-havanı özəl görüntülərlə diqqətinizə çatdıracaqlar.

Oyun bitər-bitməz isə ekrana daha yaxın əyləşin! Bu dəfə matçdan sonra oyunun təhlili ilə qarşınızda olacaq, Cavid Hüseynov sizin yazdığınız mesajları oxuyacaq, suallarınıza cavab veriləcək.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

Digər Xəbərlər
Xəbər Lenti