
“Hər il yay aylarında təşkil edilən və Avropanın öndə gələn klublarının da iştirak etdiyi “Onuksports Cup 2025”də Azərbaycan komandalarını da görmək istərdik.
“Qarabağ” və “Neftçi” ilə danışdıq, gələn mövsümdən iştirak olmalıdır.
Burada bir sıra skoutlar tərəfindən gənc futbolçular izlənilir. Yəni, turnir həmişə bir çox istedadlı futbolçular üçün vitrin olub.
Can Azərbaycanı burada görmək istəyirik”.
Bu açıqlama tanınmış türkiyəli futbolçu Hakan Çalhanoğlunun ilk məşqçisi Ekrem Onuka məxsusdur.
O, “Sportinfo” TV-də yayımlanan “Futbol manşet” verilişinə bağlanaraq hər mövsüm keçirdikləri “Onuksports Cup”a Azərbaycan klublarının 17 yaşlılardan ibarət komandalarının iştirakını çox istədiyini, dəvət göndərdiklərini də diqqətə çatdırıb.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Mayın 29-da “QOLAT Sport Service & Football Agency” tərəfindən “Futbol Konfransı Bakı” adlı beynəlxalq futbol konfransı keçiriləcək.
Azərbaycanda ilk dəfə təşkil olunacaq konfransın əsas məqsədi ölkəmizdə futbol sahəsində çalışan insanların bir araya gələrək müasir futbol mövzularının müzakirəsində iştirak etmək, xarici və yerli mütəxəssislərlə qarşılıqlı fikir mübadiləsində aparmaq və əlaqləri genişləndirməkdir.
Futbol Forumunun əsas mövzu istiqaməti “Dəyişən Futbol Dünyası” olaraq nəzərdə tutulub.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN