
Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən görmə məhdudiyyətli cüdoçuların dünya çempionatında iki idmançımızın tibbi müayinədən keçə bilməməsi ötən həftəyə damğa vurdu.
2021-ci ildə Tokioda keçirilmiş Paralimpiya Oyunlarının qalibi olan Şəhanə Hacıyeva qismən görmə məhudiyyətli (J2 kateqoriyası, 52 kq) cüdoçuların tibbi təsnifatında uğursuzluqla üzləşib.
24 yaşlı qızın gözündə görmə ilə bağlı hər hansısa məhdudiyyət olmadığı üzə çıxdığından, idmançısının ömürlük paracüdo yarışlarına buraxılmayacağına dair qərar verilib.
Həmçinin, tamamilə görməyən idmançılar (J1) kimi tibbi təsnifatdan keçən Elnarə Nizamlının da görmə qabiliyyətinin olduğu məlum olub.
"Sportinfo.TV"nin redaktoru İlkin Fikrətoğlu növbəti süjetində bu mövzunu daha dərindən araşdırıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN