“Qarabağ”ın transfer işləri necə gedir? - Hər şey bu VİDEOda!

15:00 Sportinfo TV 565
“Qarabağ”ın transfer işləri necə gedir? - Hər şey bu VİDEOda!

“Sportinfo TV”də yayımlanan “Futbol manşet”in növbəti buraxılışı efirə gedib.

Tanınmış jurnalistlər Elçin Cəfərovla Ramiz Mirzəzadənin təqdimatında yayımlanan budəfəki verlişdə ən aktual məsələlər müzakirəyə çıxarılıb.

Burada “Sumqayıt”da baş məşqçi dəyişikliyinə münasibət bildirilib.

Eyni zamanda “Qarabağ”ın transfer siyasəti nə toxunulub, “Turan Tovuz”un avrokuboklara vəsiqə qazanacağı təqdirdə, ciddi islahatlara ehtiyac duyulduğu deyilib.

Canlı yayım zamanı tamaşaçıların yazdıqları rəylər oxunulub, suallara cavab verilib.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti