.jpg)
"Sabah" Premyer Liqanın 34-cü turunu qələbə ilə arxada qoydu.
"Tələbələr" doğma meydanda "Şamaxı"nı məğlub etməyi bacardı - 3:1.
Qarşılaşmanın qəhrəmanı isə şübhəsiz ki, İqor Noqeyra oldu.
Vurduğu 2 qolla.
Braziliyalı legioner Azərbaycan karyerasında ilk qolunu vurduğu gündə dublla yadda qalmağı bacardı.
30 yaşlı müdafiəçi matçdan sonra da diqqətləri üzərinə çəkə bildi.
Tribunada olan fanatına yaxınlaşaraq formasını ona verməklə.
Noqeyranın bu jesti cavabsız qalmadı.
Qarşılığında onun fotoları yer alan xüsusi hədiyyə cənubi amerikalıya təqdim olundu.
XANOĞLAN / SPORTİNFO.AZ
Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz: