
"Nürnberq"in 2-ci bundesliqanın 33-cü turunun “Köln”ə qarşı ev matçından (1:2) əvvəl Mahir Emreliyə xatirə hədiyyəsi təqdim olunub.
Almaniya təmsilçisi bununla bağlı şəkli sosial media hesabında “Danke Mahir” (Təşəkkürlər, Mahir) sözləri ilə paylaşıb.
Millimizin üzvünün ayrılması xəbəri yerli azarkeşləri də üzüb.
Bunu onların futbolçumuza göstərdikləri münasibətdən görmək mümkündür.
Belə ki, arasında azyaşlı, stajlı fanatların olduğu "Nürnberq" sevərlər Emreliyə yaxınlaşaraq xatirə fotosu çəkdirib, imza alıblar.
Arasında göz yaşları axıdanı belə olub.
Aşağıdakı linkə daxil olaraq yaşananları izləyə bilərsiniz:
Qeyd edək ki, Emreli bu mövsümün sonu “Nürnberq”dən ayrılacaq.
XANOĞLAN / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN