
Ötənlərin tanınmış futbolçularından Bəxtiyar Musayev bir neçə gün əvvəl 50 yaşını tamamladı.
Bəxtiyar Musayev 1991-1996, 1998-2002, 2005-2006-cı illər ərzində “Neftçi”nin heyətində 218 oyun keçirib, 33 qol vurub.
“Ağ-qaralar”la Azərbaycan çempionatının (1992), kubokunun (1995, 1999) və Superkubokunun (1993, 1999) qalibi olmuş Musayev “Neftçi”də seleksiyaçı məşqçi vəzifəsində də çalışıb.
Dövrünün ən yaxşı pleymeykerlərindən sayılan, "Qarabağ"ın avrokuboklarda ilk qolunun müəllifi, "Neftçi" azarkeşlərinin sevimlisi olan "Baxa"nın yubileyi ilə bağlı Sportinfo.TV-nin redaktoru İlkin Fikrətoğlu süjet hazırlayıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: