
Azərbaycan yeni avrokubok mövsümünə hazırlaşır.
Artıq klublarımızın ilkin rəqibləri də məlumdur. Əsas diqqət isə Çempionlar Liqasında çıxış edəcək "Qarabağ" a yönəlib.
Potensial rəqiblər arasında ən güclüsü "Lex" idi ki, püşk də "Qarabağ"ın qarşısına məhz Polşa çempionunu çıxardı.
Bu il 100 illik yubileyini qeyd edən Poznan təmsilçisinin indiyədək yolu 4 dəfə bizim klublarla kəsişib. Hamısında da növbəti mərhələyə adlayan tərəf "Lex" olub.
"Qarabağ" isə indiyədək Polşa klublarına uduzmayıb və son 10 ildə bu ölkənin 3 təmsilçisini mübarizədən kənarlaşdırıb.
Sportinfo.TV-nin redaktoru İlkin Fikrətoğlu növbəti süjetini "Qarabağ" - "Lex" duelinə həsr edib.