“Onun bu davranışı Qurban Qurbanovu şübhələndirdi” - BÜTÜN ETİRAFLAR BU VİDEODA!

9 Mart 2022 15:00 Sportinfo TV 1 647
“Onun bu davranışı Qurban Qurbanovu şübhələndirdi” - BÜTÜN ETİRAFLAR BU VİDEODA!

“Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışı efirə gedib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin növbəti qonağı “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov olub.

O. uzun illər formasını geyindiyi “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə keçirdiyi cavab oyununda (0:3) baş verən və bütün dünyayay səs salan feyr-pley hadisəsi haqda danışıb.

Qarşılaşmanın 34-cü dəqiqəsində "köhlən atlar"ın hücumçusu İbrahima Vadji hesabı bərabərləşdirib. Seneqallı forvardın əllə vurduğu qolu hakim qeydə alıb.

Qolda qayda pozuntusu olduğunu bildirən rəqib komandanın futbolçuları və məşqçilər heyəti hakimə ciddi etiraz edib.

Bu zaman isə meydanda ara qızışıb. Hakim "Marsel"in futbolçusu Stiv Mandandaya və "Qarabağ"ın kapitanı Maksim Medvedevə sarı vərəqə verib.

Vurulan qolda qayda pozuntusu olduğunu başa düşən Qurban Qurbanov kapitan Medvedevi və Vadjini yanına çağıraraq, bu barədə onların hakimə məlumat verməsini bildirib. Bundan sonra hakim qeydə aldığı qolu ləğv edib

R.Sadıqov matçdan sonra Q.Qurbanovla söhbət etdiyini bildirib və bununla bağlı heç kimə məlum olmayan bəzi faktları açıqlayıb.

Verilişə bu linkdən bu linkdən daxil olub baxa bilərsiz.

Digər Xəbərlər
Xəbər Lenti