İlkin Fikrətoğlu hazırladı: Yubiley, Ağdamla vida görüşü və koronavirus - VİDEOSÜJET

15 Dekabr 2020 19:00 Sportinfo TV 1 281
İlkin Fikrətoğlu hazırladı: Yubiley, Ağdamla vida görüşü və koronavirus - VİDEOSÜJET

Dekabrın 14-ü Azərbaycan futbol ictimaiyyəti aldığı kədərli xəbərin şokundan sarsıldı: Elbrus Abbasov koronavirusdan vəfat edib.

Ağdam həsrəti ilə yaşayan veteran futolçumuz noyabrın 28-də işğaldan azad olunan doğma şəhərini ziyarətdən qayıtdıqdan sonra yatağa düşdü və bir daha qalxmadı.

Virusa qarşı 2 həftə sürən mübarizədən sonra məşhur hücumçumuz 70 yaşında gözlərini həyata yumdu.

Sportinfo.az-ın redaktoru İlkin Fikrətoğlu "Neftçi"nin SSRİ çempionatları tarixindəki yeganə bombardiri haqda videosüjet hazırlayıb.

Digər Xəbərlər
Xəbər Lenti