"Qarabağ"ın 3 sabiq futbolçusu çağırış etdi: "Gəncə üçün dua edin"

12 Oktyabr 2020 13:12 Sizdən Bizə 1 830
"Qarabağ"ın 3 sabiq futbolçusu çağırış etdi: "Gəncə üçün dua edin"

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə "Qarabağ"ın sabiq legioneri İbrahim Şehiç də biganə qalmayıb.

Sportinfo.az xəbər verir ki, hazırda Türkiyədə - "Konyaspor"da çıxış edən bosniya və herseqovinalı qapıçı bununla bağlı özünün "facebook" səhifəsində paylaşım edib.

32 yaxşı qolkiper üzərində "Pray for Ganja city" ("Gəncə şəhəri üçün dua edin") sözləri yazılmış foto paylaşıb.

"Qarabağ"ın digər sabiq futbolçuları Azərbaycan millisinin üzvü Riçard Almeyda və Polşada Plotsk "Visla"sında çıxış edən Yakub Jezniçak da eyni paylaşımı edib.

İbrahim Şehiç "Qarabağ"ın formasını 2015 - 2018-ci illərdə geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!