İkisi uduzdu, biri heç-heçəyə razılaşdı - Millimizin rəqiblərindən

8 Oktyabr 2020 00:30 Sizdən Bizə 930
İkisi uduzdu, biri heç-heçəyə razılaşdı - Millimizin rəqiblərindən

Azərbaycanın UEFA Millətlər Liqasındakı rəqibləri – Lüksemburq, Kipr və Monteneqro bu gün yoxlama matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Lüksemburq Lixtenşteynlə, Kipr Çexiya ilə, Monteneqro isə Latviya ilə qarşılaşıb.

Lüksemburq və Kipr yığmaları meydanı məğlubiyyətlə, Monteneqro isə heç-heçə ilə tərk edib.

Podqoritsada baş tutan Monteneqro - Latviya matçı 1:1 hesablı bərabərliklə yekunlaşıb. Qonaqlar 26-cı dəqiqədə hesabı açsalar da, Monteneqronun heyətində İqor İvanoviç 90+1-ci dəqiqədə status-kvonu bərpa edib.

Kipr Çexiya ilə Larnakadakı “AEK Arena”da üz-üzə gəlib və meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib. Çexlərin 13 və 43-cü dəqiqələrdəki qolları qarşılığında Loyzos Loyzu 32-ci dəqiqədə fərqlənib.

Lüksemburq yığması isə Lixtenşteynlə matçda 1:2 hesabıyla uduzub. Meydan sahiblərinin təsəlli qolunu 72-ci dəqiqədə Jerson Rodriqes vurub.

Azərbaycan yığması oktyabrın 10-da səfərdə Monteneqro ilə üz-üzə gələcəksə, ayın 13-də Albaniyada Kiprlə münasibətlərinə aydınlıq gətirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!