Ərdoğan: "Azərbaycanlı qardaşlar, qəzanız mübarək"

5 Oktyabr 2020 21:40 Sizdən Bizə 1 029
Ərdoğan: "Azərbaycanlı qardaşlar, qəzanız mübarək"

Beynəlxalq ictimaiyyət Qarabağ və Azərbaycan torpaqlarının bir hissəsi işğal edilərkən səssizliyə bürünmüşdü.

Sportinfo.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

O bildirib ki, qardaş Azərbaycan xalqı illərlə həm işğalın, həm də itkilərin acısı ilə yaşayıb:

“Azərbaycan ordusu Ermənistanın hücumlarına cavab vermək üçün sürətlə hərəkətə keçdi. Türkiyə olaraq ən başdan bəri bütün imkanlarımızla Azərbaycanın yanındayıq.

Azərbaycanın işğal altındakı ərazilərini qurtarmaq savaşında dəstəkləmək hər şərəfli dövlətin borcudur. Yenidən, bir daha azərbaycanlı qardaşlarımıza qəzanız mübarək olsun deyirəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!