Uzun fasilədən sonra rekordçusu olduğu milliyə qayıtdı

5 Oktyabr 2020 18:06 Sizdən Bizə 1 046
Uzun fasilədən sonra rekordçusu olduğu milliyə qayıtdı

Moldova yığmasının bu aydakı matçlar üçün geniş heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, türkiyəli baş məşqçi Engin Firat İtaliya ilə oktyabrın 7-də Florensiyada keçiriləcək yoldaşlıq görüşü, həmçinin Millətlər Liqasında Yunanıstan (11 oktyabr, Afina) və Sloveniya (14 oktyabr, Kişinyov) ilə matçlar üçün ölkəmizdə legioner həyatı yaşayan 2 futbolçuya dəvət göndərib.

Bunlar "Keşlə"nin qapıçısı Stanislav Namaşko ilə "Sabah"ın yarımmüdafiəçisi Yevgeni Koçukdu. Sonuncu müntəzəm dəvət alırsa, Namaşko uzun fasilədən sonra rekordçusu olduğu milliyə qayıdır.

Belə ki, Firat bu postda olduğu 1 ildə ilk dədə 34 yaşlı qolkiperə dəvət göndərib. Son dəfə 2017-də Gürcüstan millisi ilə qarşılaşmada meydanda olan Stanislav yığmada 45 oyun keçirib.

Qapıçılar arasında rekordçu olan Namaşko bu oyunların 14-də qapısını toxunulmaz saxlayıb ki, bu da yığmanın tarixində rekord sayılır.

Rəsmi oyunlarda 3 penalti dəf etməklə də bu göstəricidə birincidi. O, ötən mövsüm “Keşlə”nin heyətində bütün oyunları əvəzlənmədən keçirən yeganə futbolçu kimi də rekordçu olub.

Engin Firat Koçukla bağlı bunları deyib: "Beynəlxalq arenada futbolun həmişə daha yüksək səviyyədə olduğunu anlamalısan. Azərbaycan futbolu o qədər də yaxşı səviyyədə deyil.

İkincisi, Koçuk milliyə gələrək ağrılar hiss edəndə, səhhətində hansıda problemlər olduğunun fərqində deyildim. Kosovo ilə oyunda əlindən gələni etsə də, yetərincə hazır deyildi.

Təlim-məşq toplanışı başa çatandan sonra yığmada yaxşı müalicə alaraq klubuna qayıtdı və orda oynadı. Hər şey sadədi. Bu o demək deyil ki, ondan narazıyam, çünki çalışır. Koçuk haqda pis bir şey deyə bilmərəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!