“Şadam ki, zədədən sonra yenidən yığmaya çağırıldım. İki aydan artıq idi meydanlardan kənar qalmışdım”.
Sportinfo.az xəbər verir ki, bunu Slovakiyanın U-21 yığmasının futbolçusu Ladislav Almasi deyib.
“Rujomberok”un hücumçusu Avropa çempionatının seçmə mərhələsinin Azərbaycanla oktyabrın 8-də keçiriləcək matçı barədə fikirlərini bildirib. Bu matç Nitra şəhərində keçiriləcək.
O, Bakıda aldıqları 1:2 hesablı məğlubiyyətin revanşını almaq iddialarını göstərib: "Vurduğum qollarla milliyə dəvəti haqq etdim. Uğurlu oyun keçirəcəyimizə inanıram. Azərbaycanla Bakıda keçirilən qarşılaşma U-21-də ilk oyunum idi.
Həmin görüşdə də qol vurdum. Amma hakim bu topu qeydə almadı. Çox üzgün idim. Bizə vurulan qollar da oyundankənar vəziyyətdə idi. Azərbaycan yığmasına qaytarılacaq borcumuz var”.

