"Bundan sonra kimin bizimlə qalacağına qərar verəcəyik"

5 Oktyabr 2020 09:14 Sizdən Bizə 706
"Bundan sonra kimin bizimlə qalacağına qərar verəcəyik"

“Yeddi gün ərzində üç matç keçirəcəyik. Bu, komanda üçün böyük yüklənmədir”.

Sportinfo.az xəbər verir ki, bunu Monteneqro millisinin baş məşqçisi Faruk Hadzibeqiç deyib.

Oktyabrın 7-də Latviya ilə yoldaşlıq oyunu keçirəcək balkanlılar ardınca Millətlər Liqasında iki matça çıxacaq. Ayın 10-da Azərbaycan, 13-də Lüksemburqla baş tutacaq görüşlərin hazırlığına oktyabrın 4-də start verən Monteneqro yığmasının çalışdırıcı ilk məşqdən sonra fikirlərini açıqlayıb:

“Əksər oyunçularımız ölkə xaricində çıxış edir. Onlardan bəziləri zədələnib. Adam Maruşişlə bağlı problem də yarandı. Amma yaxın günlərdə bunu həll edəcəyik.

Yerli çempionatda oynayan futbolçulara gəlincə, həmişə burada çalışan məşqçilərin əməyinə yüksək qiymət vermişəm. Latviya ilə görüşə də bu komandalardan oyunçular çağıracağıq.

Bu qarşılaşmadan sonra kimin bizimlə qalacağına qərar verəcəyik. Çünki Millətlər Liqası üçün heyəti qısaltmalıyıq. Yerli çempionatda səviyyə var və biz bunu daha da qaldırmalıyıq. Bu oyunçular milliyə dəvətə layiq idilər. İndi bunu bir daha oyunda sübut etməlidirlər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!