Türkiyəli alpinistlər Azərbaycana belə dəstək oldu - FOTOLAR

4 Oktyabr 2020 15:30 Sizdən Bizə 779
Türkiyəli alpinistlər Azərbaycana belə dəstək oldu - FOTOLAR

İki türkiyəli alpinist Ərzurum şəhərindəki məşhur Tortum şəlaləsinin yamacından Azərbaycan və Türkiyə bayrağını asıblar.

Sportinfo.az xəbər verir ki, Türkiyə Alpinizm Federasiyası (TDF) şəhərdən 87 km məsafədə yerləşən şəlalədəki aksiyanın Azərbaycan xalqının ölkələrinin bütövlüyü uğrunda mübarizəsinə həsr olunduğunu bildirib.

“Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan torpaqlarının tezliklə işğaldan azad olunmağını diləyirik. Türkiyə vətəndaşları qardaş xalqın yanında olublar və olacaqlar”,- deyə Federasiya nümayəndəsi Erdar Emeç bildirib.


Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!