UEFA Millətlər Liqasının növbəti turu çərçivəsində yığmamızla qarşılaşacaq Monteneqro növbəti problemlə üzləşib.
Sportinfo.az xəbər verir ki, bu gündən başlanacaq toplanışa "İnçhon Yunayted"in hücumçusu Stefan Muqoşanın qatılması sual altındadır.
Cənubi Koreya Futbol Assosiasiyası Muqoşanın yığmadan dönüşdə 2 həftəlik karantinə alınacağını əsas gətirərək, onun çağırışdan azad olunmasını xahiş edib.
Monteneqro Latviya ilə oktyabrın 7-də, Azərbaycanla oktyabrın 10-da, Lüksemburqla isə oktyabrın 13-də üz-üzə gələcək. Hər 3 oyun paytaxt Podqoritsada təşkil olunacaq.

