“Beşiktaş”dan növbəti dəstək: "Tək deyilsən Azərbaycan"

4 Oktyabr 2020 15:20 Sizdən Bizə 784
“Beşiktaş”dan növbəti dəstək: "Tək deyilsən Azərbaycan"

"Beşiktaş" növbəti dəfə Azərbaycana dəstəyini nümaiş etdirib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi bu barədə rəsmi "Twitter" hesabında paylaşım edib.

Superliqanın 4-cü turunda “Gənclərbirliyi” ilə matçdan əvvəl komandanın ev oyunlarının keçirildiyi "Vodafone Park" stadionunun tribunasında Azərbaycan və Türkiyə bayrağı yerləşdirilib.

Tribunadakı pankartda isə bunlar yazılıb: "Bir millət, iki dövlət, Tək deyilsən Azərbaycan!"

Sözügedən qarşılaşma bu gün Bakı vaxtı ilə 17:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!