Azərbaycanla oyuna 1 hücumçu ilə – Slovakiya yığması

1 Oktyabr 2020 14:08 Sizdən Bizə 1 210
Azərbaycanla oyuna 1 hücumçu ilə – Slovakiya yığması

21 yaşadək futbolçulardan ibarət Slovakiya yığması Avropa çempionatının seçmə mərhələsində Azərbaycan və Fransa millilərinə qarşı keçirəcəyi oyunun heyətini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Yaroslav Kentoş müvafiq olaraq oktyabrın 8-də və 12-də baş tutacaq görüşlərə 24 futbolçu dəvət edib.

U-21-in çalışdırıcısı eyni zamanda ehtiyat heyəti də müəyyənləşdirib. “24-lük”də hər hansı bir itki olarsa, ehtiyatda 2 qapıçı, 6 müdafiəçi, 8 yarımmüdafiəçi və 1 hücumçu ora qoşulmağa hazırdır.

Oktyabrın 8-də Nitrada yığmamızı qəbul edəcək slovakiyalılar dörd gün sonra Strasburda Fransanın qonağı olacaq. Azərbaycan və Slovakiya yığmaları 2-ci qrupda 6 xalla 4-5-ci yerləri bölüşürlər.

Qapıçılar: David Şipoş (“Nitra”), Samuel Petraş (“Jilina”), İvan Krayçirik (“Rujomberok”)
Müdafiəçilər: Martin Şulek (“Trenkin”), Kristian Vallo, Branislav Sluka (hər ikisi “Jilina”), Lukaş Fabiş (“Nitra”), Dominik Şpiryak (“Pohronye”), Gerqeli Tumma (“Spartak”, Trnava), İvan Mesik (“Nordsyelland”), Matuş Voytko (“Zemplin”)
Yarımmüdafiəçilər: Peter Pokornı (“Senkt-Polten”), Miroslav Qono, Patrik Misloviç, David Dyuriş, Yan Bernat (hamısı “Jilina”), Kristian Herç (“Karvina”), Yakub Kadak (“Trenkin”), Tomaş Suslov (“Qroningen”), Martin Koval (“Zlate Moravçe-Vrable”), Marian Çobot (“Nitra”)
Hücumçular: Lyubomir Tupta (“Verona”), David Streleç (“Slovan”), Ladislav Almasi (“Rujomberok”).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!