Türkiyə klubunun prezidenti Azərbaycan üçün dua etdi: FOTO

30 Sentyabr 2020 17:38 Sizdən Bizə 825
Türkiyə klubunun prezidenti Azərbaycan üçün dua etdi: FOTO

Türkiyənin III Liqasında çıxış edən "Kırıkkale Böyük Anadolu"nun futbolçuları və texniki heyəti Azərbaycana dəstək olublar.

Sportinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Hasan Basri Kara ilə oyunçular hazırlıqdan əvvəl Azərbaycan və Türkiyə bayraqları açıblar.

Klubun prezidenti Veli Uca jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda yaşayanlar onun qardaşlarıdır. "Hazırda Azərbaycanın işğalda olan torpaqları var. Oradakı qardaşlarımız ermənilərlə müharibədədir. Biz də hər platformada Azərbaycana dəstək oluruq. İdman da bunlardan biridir. Mənəvi mənada, bəlkə dəstək verə bilərik deyə, bu addımı atdıq".

V.Uca Azərbaycanın işğal altında olan torpaqlarında ermənilərə lazımi dərsi verəcəyinə və türkün gücünü bütün dünyaya göstərəcəyinə inam ifadə edib: "Dualarımız hər zaman onlarladır. İnanıram ki, işğaldakı torpaqlar azad ediləcək və yenidən Azərbaycanın olacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!